Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
  02 Sentyabr 2025    Oxunub:1074
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar sentyabrın 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

AzVision.az



Teqlər:



Xəbər lenti