Prezident Pekində ziyafətdə iştirak edib

   Prezident Pekində ziyafətdə iştirak edib
  03 Sentyabr 2025    Oxunub:874
Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

AzVision.az


Teqlər: Prezident   Çin   ziyafət  



Xəbər lenti