İlham Əliyev San-Marinonun regent kapitanlarına təbrik ünvanlayıb

   İlham Əliyev San-Marinonun regent kapitanlarına təbrik ünvanlayıb
  03 Sentyabr 2025    Oxunub:863
Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Denize Bronzettiyə və cənab İtalo Riqiyə təbrik məktubu göndərib.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"San-Marino Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

AzVision.az


Teqlər: Prezident   San-Marino   təbrik  



Xəbər lenti