Bakıda metal avadanlıq oğurlayanlar saxlanılıblar

Bakıda metal avadanlıq oğurlayanlar saxlanılıblar
  03 Sentyabr 2025    Oxunub:1117
Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4 min 300 manat nağd pul və 5 min manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R. Məmmədov və 50 yaşlı V. Mustafayev saxlanılıblar.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Şirinov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti