Overçuk: “Azərbaycanla iqtisadi əlaqələrimiz yüksək səviyyədədir”

      Overçuk:    “Azərbaycanla iqtisadi əlaqələrimiz yüksək səviyyədədir”
  04 Sentyabr 2025    Oxunub:876
Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir.
AzVision.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (EEF) çərçivəsində jurnalistlərə belə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya nümayəndələri, o cümlədən ŞƏT-in Çində keçirilən sammiti çərçivəsində əlaqə saxlayıblar.

“İqtisadi sahədə əlaqələr çox yaxşı inkişaf edir və biz daim əlaqə saxlayırıq. O cümlədən, ŞƏT sammiti çərçivəsində biz həmkarlarımızla fəal əlaqə saxladıq. Ona görə də, Azərbaycanla iqtisadi sahədə əlaqələrimiz planlaşdırdığımız kimi normal inkişaf edir”, - Aleksey Overçuk vurğulayıb.

O, eyni zamanda, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkib. Moskvanın proqnozlarına görə, ilin sonunadək bu göstərici iki dəfə aşağı düşəcək.

- Ticarət əhəmiyyətli dərəcədə azalıb. Biz gözləyirik ki, ilin sonuna kimi keçən illə müqayisədə bu yarıbayarı azalacaq. Əgər keçən il 12,4 milyard dollar idisə, bu il altı milyard, bəlkə də bir az çox olacaq”, - Aleksey Overçuk Rusiya-Ermənistan ticarət əlaqələrindəki neqativ məqama diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   əlaqələr  



Xəbər lenti