2025-ci ilin ilk 6 ayı ərzində Çağrı Mərkəzinə 748637 zəng daxil olub ki, bunun 92%-i cavablandırılıb. Qəza çağrıları ilə bağlı ünvanlanan zənglərin isə 99,10%-i Birlik əməkdaşları tərəfindən cavablandırılıb. Zəng vuran abonentlərin xətdə gözləmə müddəti ortalama 45 saniyədən 15 saniyəyə düşüb. Qəza çağrıları ilə bağlı zəng vuranların xətdə gözləmə müddəti isə ortalama 3 saniyə olub.
Çağrı Mərkəzinə daxil olan müraciətlər Xidmətin operatorları tərəfindən ya məlumatlandırılaraq tamamlanır, ya da icra olunması üçün birbaşa ünvanlara gedəcək əməkdaşların mobil telefonlarına və ya planşetlərinə yönləndirilir. Bu səbəbdən qəza çağrılarının ortalama həll etmə müddəti 2 dəfəyədək yaxşılaşdırılıb. Bu proqram təminatları vasitəsi ilə yönləndirilən hər bir müraciətin həll olunması istiqamətində atılmış addımların icra statuslarına nəzarət etmək mümkündür. İş axının avtomatlaşdırılması səbəbindən statistik göstəricilərin, habelə hesabatlılığın əldə edilməsi asanlaşıb, abonent məmnunluğu təmin olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


