Un ehtiyatının həcmi açıqlanıb
2024-cü ildə Azərbaycanda 1 milyon 365 min 906 ton un istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,8% çoxdur. Hesabat dövründə ölkəyə un idxalının həcmi 28,2% azalaraq 109 min 860 tona, ilin əvvəlinə olan qalıq isə 1,1% azalaraq 288 min 710 tona düşüb.
Ehtiyatların 3 min 68 tonu mal-qara və quş yemi üçün, 395 min 778 tonu əhalinin şəxsi istehlak fondu üçün, 930 min 239 tonu isə qida məhsullarının istehsalı üçün, 107 min 234 tonu qeyri-qida məhsullarının istehsalı üçün, 18 min 758 tonu ixrac üçün istifadə edilib. Hesabat ilində itkilərin həcmi 21 min 187 ton olub.
AzVision.az
Teqlər: un statistika







Vaxtında, Aydın, Lazımlı!


