Naxçıvanda bədbəxt hadisədə ölənlərin kimlikləri bilinib

Naxçıvanda bədbəxt hadisədə ölənlərin kimlikləri bilinib
  05 Sentyabr 2025    Oxunub:1088
Şahbuzda yerləşən istirahət mərkəzində su üzərindəki platformanın aşması nəticəsində ölən şəxslərin adları müəyyənləşib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı ölüblər.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, hadisə gecə saatlarında Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb. İstirahət mərkəzlərinin birində gölməçə üzərindəki platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların eyni ailənin üzvləri olduqları bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüblər. Yol qəzasında Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə  



Xəbər lenti