Çin ABŞ-nin çağırışından narazıdır

Çin ABŞ-nin çağırışından narazıdır
  05 Sentyabr 2025    Oxunub:1033
Çinin Xarici İşlər nazirliyi Vaşinqtonun Rusiyanın Ukraynaya qarşı müharibəni dayandmasına nail olmaq üçün Avropanı Pekinə iqtisadi təzyiq göstərməyə çağırması barədə xəbərlərə münsiabət bildirib.
AzVision.az “The Global Times” nəşrinə istinadən xəbər verir ki, Çinin Xarici İşlər nazirliyi Pekinin Rusiya-Ukrayna müharibəsində tərəf olmadığını və bu münaqişədə iştirak etmədiyini diqqətə çatdırırb.

“Biz qəti şəkildə Çinin hədəfə alınması praktikasının əleyhinəyik. Biz Çinə edilən iqtisadi təzyiqlə qəti şəkildə razılaşmırıq. Çin nə münaqişənin yaradıcısı, nə də tərəfidir, həmçinin ona cəlb olunmayıb”, - CİN XİN-in nümayəndəsi Qo Tszyakun deyib.

Xatırladaq ki, bundan əvvəl Ağ Evdəki mənbəyə istinad edən “New York Post” qəzeti ABŞ prezidenti Donald Trampın Avropa liderləri ilə telefon danışığında onları Rusiyadan neft almağı dayandırmağa çağırdığını yazmışdı. Bundan əlavə, Amerika lideri bildirib ki, Avropa ölkələri Çinə iqtisadi təzyiq göstərməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   narazılıq  



Xəbər lenti