Vəkillər Kollegiyasının sədri yeni vəkil köməkçiləri ilə görüşüb

Vəkillər Kollegiyasının sədri yeni vəkil köməkçiləri ilə görüşüb
  06 Sentyabr 2025    Oxunub:1217
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
AzVision.az Kollegiyanın mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, kollegiyanın inzibati binasında təşkil olunan görüşdə VK sədri Anar Bağırov vəkil köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr vəkil köməkçiliyinin vəkilliyə gedən yolun mühüm mərhələsi olduğunu və peşəkar vəkillərin formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.


Anar Bağırov hüquq sisteminin möhkəmlənməsində və cəmiyyətin hüquqi maariflənməsində vəkillərin mühüm rol oynadığını, bu sahədə savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac olduğunu söyləyib.


Vəkil köməkçilərinin peşə hazırlığının artırılmasının kollegiyanın daim diqqət mərkəzində olduğunu bildirən Anar Bağırov onları aktiv olmağa, təcrübəli vəkillərdən öyrənməyə və biliklərini davamlı şəkildə təkmilləşdirməyə çağırıb.

Sədr, eyni zamanda, çıxışının davamında VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştin əhəmiyyətindən danışıb.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.



AzVision.az



Teqlər: VK   vəkillər   köməkçilər  



Xəbər lenti