Azərbaycan filmi Venesiya Festivalında göstərilib

Azərbaycan filmi Venesiya Festivalında göstərilib
  06 Sentyabr 2025    Oxunub:1917
82-ci Venesiya Beynəlxalq Film Festivalının "Müsabiqədənkənar bədii filmlər" bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun "Boşluğa xütbə" ("Sermon to the Void") filminin təqdimatı olub.
Mədəniyyət Naizrliyindən AzVision.az -a məlumat verilib ki, nazirliyin və Kino Agentliyinin dəstəyi ilə nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişindən sonra mətbuat konfransında Azərbaycan mədəniyyətindən və kino sənətindən söz açılıb. Hilal Baydarovun "Xütbə" trilogiyasının sonuncu filmi olan "Boşluğa xütbə"nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirilib.

Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.

AzVision.az


Teqlər: film   festival   nümayiş  



Xəbər lenti