Nepalda etirazlar zamanı ölənlərin sayı 19-a çatıb
Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, nümayişlər bazar ertəsi Katmanduda başlayıb, onminlərlə etirazçı parlament binasını mühasirəyə alıb. Onlar hökumətin sosial media platformalarının əksəriyyətini, o cümlədən "Instagram", "YouTube" və "X"i ölkədə qadağan etmək qərarına cavab olaraq küçələrə çıxıblar.
Etirazçılar tikanlı məftillərin üzərindən aşaraq polisi parlament kompleksinə çəkilməyə məcbur ediblər. Az sonra polis atəş açıb.
Hökumət bəzi şəhərlərdə komendant saatı elan edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


