“Dünən Qəzzanı görünməmiş tufan vurub. Müşahidə və terror infrastrukturunu pozmaq və quru qoşunlarına yol açmaq üçün 30 terroristin çoxmərtəbəli binası hücuma məruz qalıb və dağıdılıb. Onlarla başqa terror obyekti bombalanıb və məhv edilib”, - israilli nazir “X” sosial şəbəkəsində yazıb.
|
| İsrail Qəzzadakı hündür binları yerlə-yeksan edir | VİDEO |
Bundan əlavə, İsrail ordusu (ÇAXAL) bu gün bütün Qəzza sakinlərinin dərhal cənuba təxliyyə olunması tələbini qoyan göstəriş dərc edib.
Bu, bəzi hündürmərtəbəli binaları dağıdan anklavın əsas şəhərinə qarşı bir neçə gün davam edən güclü bombardmanlardan sonra baş verib.
Belə ki, son günlər İsrail ordusu Qəzzada HƏMAS-ın İsrail əsgərlərinə qarşı əməliyyatlar aparmaq üçün istifadə etdiyi iddia olunan hündürmərtəbəli binalara bir neçə zərbə endirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


