Milli Məclisin sədri Vaşinqton razılaşmasının əhəmiyyətindən danışıb
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sülh gündəliyinin formalaşmasına təkan verir: "Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsinin də bu kontekstdə reallaşması regional əməkdaşlığın genişlənməsinə xidmət edir".
S.Qafarova Prezident İlham Əliyevin Vaşinqtona səfərinin həm də Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunmasına və regional sülhün təmininə xidmət edir.
O, həmçinin Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və sülh prosesinin həyata keçirilməsində Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, bu prosesdə müstəqil daxili və xarici siyasət kursunun davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib.
“Vaşinqton razılaşmaları regionda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əlamətdar mərhələdir və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməkdədir”, - deyə Sahibə Qafarova əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


