Ukrayna səfirliyində matəm kitabı açılıb

   Ukrayna səfirliyində matəm kitabı açılıb
  10 Sentyabr 2025    Oxunub:1348
Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında paylaşım edib. Diplomat bildirib ki, Rusiya ordusunun Donetsk vilayətinin Yarova qəsəbəsində mülki əhalini hədəf alması nəticəsində 20-dən çox dinc sakin həlak olub.

Bununla bağlı Ukraynanın bütün səfirliklərində və konsulluqlarında bayraqlar endirilir, matəm kitabları açılır.

AzVision.az



Teqlər:



Xəbər lenti