Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir şərait yaradılır. İnfotur çərçivəsində iştirakçılar Şuşa şəhərində tarixi və təbiət abidələrini ziyarət edib, oraya köçmüş ailələrin evlərində qonaq olub, hədiyyələr təqdim ediblər.
İştirakçılar, həmçinin Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində qurumun rəsmisi tərəfindən qəbul edilib. Onlara müəssisələrin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçılar Laçın rayonunun Bəylik kəndinə köçmüş ailədə qonaq olublar. İnfotur iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd ediblər. İşğaldan azad edilmiş digər ərazilərə də Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturların təşkili davam etdiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


