Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ərazisində keçirilən məşqin əsas məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi, ərazi mülki müdafiə qüvvələrinin sənədlərinin, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsidir.
Məşqə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının Fövqəladə hallar üzrə komissiyası, Mülki müdafiə qərargahı, Gəncə Regional Mərkəzinin əməkdaşları, mülki müdafiə xidmətlərinin ərazi qüvvələrinin şəxsi heyəti cəlb olunub. Ərazi mülki müdafiə qüvvələri və xidmətlərindən 65 ədəd texnika, 212 nəfər şəxsi heyət cəlb edilib.
AzVision.az