İdman federasiyalarının nümayəndələri ilə görüş olub

İdman federasiyalarının nümayəndələri ilə görüş olub
  13 Sentyabr 2025    Oxunub:1269
Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 22-ci görüşünü keçirib.
AzVision.az Gənclər və İdman nazirliyinin məlumatına istinadən xəbər verir ki, görüş zamanı Fərid Qayıbov son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirdə 32-ci Ümumdünya Yay Universiadası (FISU), XII Dünya Oyunları, XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı və Avropa Gənclər Paralimpiya Oyunları ilə bağlı hesabatlar dinlənilib. Həmçinin VI İslam Həmrəyliyi Oyunlarına, eləcə də bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq vəziyyəti barədə məlumat verilib.

İclasda həmçinin, idman ictimaiyyəti nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərləri, maliyyə məsələləri, fəxri adların verilməsi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun fəaliyyəti və idman tibbi sahəsində görüləcək işlər barədə təqdimatlar dinlənilib. Eləcə də, “Tədbirvar” (tedbirvar.az) platforması və federasiyaların sosial media fəaliyyəti barədə hesabatlar təqdim edilib, gündəlikdəki digər məsələlər müzakirə olunub.


AzVision.az


Teqlər: nazirlik   federasiyalar   görüş  



Xəbər lenti