Paytaxtda dələduzlar yaxalanıblar

Paytaxtda dələduzlar yaxalanıblar
  13 Sentyabr 2025    Oxunub:1053
Bakının Nəsimi rayonunda 2 nəfər polisə müraciət edərək ümumilikdə 14560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti