Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.
Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.
Festivalda həm də maraqlı konsert proqramı təqdim olunacaq. Festival hər iki gün axşam saatlarınadək davam edəcək.
AzVision.az
Teqlər: festival







Vaxtında, Aydın, Lazımlı!


