Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə maliyyələşmə müzakirə edilib

Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə maliyyələşmə müzakirə edilib
  13 Sentyabr 2025    Oxunub:1006
İqtisadi Şuranın iclasında 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəflərinə dair müzakirə aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və "Böyük Qayıdış" proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.

AzVision.az


Teqlər: NK  



Xəbər lenti