“YAŞAT” tələbə adını qazanan şəhid övladlarına mükafat verəcək I FOTO

“YAŞAT” tələbə adını qazanan şəhid övladlarına mükafat verəcək    I FOTO
  15 Sentyabr 2025    Oxunub:810
“YAŞAT” Fondu tərəfindən ali təhsil müəssisəsinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvləri ilə görüş keçirib.



İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər. Mükafat üçün isə DİM vasitəsilə yerli universitetlərə qəbul olmuş və ya dünyanın ən yaxşı TOP 1000 beynəlxalq universitetlərinə daxil olan tələbələr müraciət edə bilərlər. Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2025-ci ildir.





AzVision.az



Teqlər:



Xəbər lenti