TƏBİB: Yay aylarında 26 nəfər suda boğularaq ölüb
Belə ki, 23 nəfər suda boğulma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün tibb müəssisələrinə təxliyə olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 30 nəfərə isə yerində tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün tibb müəssisəsinə hospitalizasiyaya ehtiyac yaranmayıb.
Ümumilikdə, 26 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb. Qeyd edək ki, sudaboğulma hadisəsi ilə əlaqədar Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da müraciətlər daxil olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


