Reuters: “ABŞ parçalanma ərəfəsindədir”

   Reuters:    “ABŞ parçalanma ərəfəsindədir”
  16 Sentyabr 2025    Oxunub:970
Amerikalılar partiyalar arasındakı artan fikir ayrılıqlarından və siyasi zorakılıqdan narahatdırlar.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin sifarişinə əsasən, “Ipsos” xidmətinin keçirdiyi sorğunun nəticələri belə qənaət yaradır.

Rəyi soruşulan amerikalıların 71%-i ölkədə cəmiyyətdə dərin parçalanmanın olduğunü düşünürlər. Respondentlərin 66%-i isə siyasi əqidəsinə görə insanlara qarşı zorakılıqdan narahat olduğunu bildirib.

“2025-ci ilin birinci yarısında ABŞ-də siyasi fikir ayrılıqlarına əsaslanan 150-yə yaxın insident qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur”, - məlumatda deyilir.

Sorğu iştirakçılarının təxminən 63%-inin fikrincə, siyasi məsələlərin müzakirəsində istifadə olunan ritorika zorakılığın artmasına kömək edir. Təxminən 31% baş verənlərə görə hakimiyyətin məsuliyyətinə diqqət çəkib.

Qalanları ya hadisələrə əhəmiyyətli təsiri görmədiklərini, ya da cavab verməkdə çətinlik çəkdiklərini açıqlayıblar.

Sentyabrın 12-dən 14-dək onlayn rejimdə aparılmış sorğuda həddi-büluğa çatmış 1037 ABŞ vətəndaşı iştirak edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   cəmiyyət   parçalanma  



Xəbər lenti