Bəzi qurumlar onlayn rejimə keçib

   Bəzi qurumlar onlayn rejimə keçib
  17 Sentyabr 2025    Oxunub:771
Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcəklər.
AzVision.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Hökumət Evində yerləşən qurumlardan təsdiqləyiblər.

Bildirilib ki, buna səbəb "Formula-1" yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub.

Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.

Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu - Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.

AzVision.az


Teqlər:



Xəbər lenti