İlham Əliyev Trampa təşəkkür etdi

İlham Əliyev Trampa təşəkkür etdi
  17 Sentyabr 2025    Oxunub:1786
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında Azərbaycan və Ermənistan liderləri ilə dostluğu özü üçün böyük şərəf adlandırmışdı.
“Azərbaycan və Ermənistan arasındakı müharibənin nizamlanmasına kömək etmək və eyni zamanda bu iki böyük lider və insan – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ilə dost olmaq mənim üçün böyük şərəfdir. Bu mənim, daha daha vacibi, Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq!”,- Tramp yazıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev X sosial şəbəkə hesabında paylaşımına görə amerikalı həmkarına təşəkkür edib.

“Prezident Donald Tramp, “Truth” sosial hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm. Siz Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuza böyük önəm verirəm”, - deyə Azərbaycan Prezident qeyd edib.


Teqlər: Prezident  



Xəbər lenti