Azərbaycanın müdafiə naziri Çinə səfər edib
Forum çərçivəsində general-polkovnik Zakir Həsənov çinli həmkarı admiral Dong Jun ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


