Əli Əsədov Bişkekdə Sadır Japarovla görüşüb

   Əli Əsədov Bişkekdə Sadır Japarovla görüşüb
  18 Sentyabr 2025    Oxunub:457
Azərbaycanın Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Sadır Japarova çatdırıb. Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

AzVision.az



Teqlər:



Xəbər lenti