Lənkəranda avtomobil bacı-qardaşı vuraraq öldürüb

Lənkəranda avtomobil bacı-qardaşı vuraraq öldürüb
  19 Sentyabr 2025    Oxunub:1285
Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Lənkəran - Lerik magistralında, Lənkəran rayonun Şovu kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və onun qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub.

Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasa da, onların həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti