İlham Əliyev Malta Prezidentini təbrik edib

İlham Əliyev Malta Prezidentini təbrik edib
  21 Sentyabr 2025    Oxunub:1534
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidentini Zati-aliləri xanım Miriam Spiteri Debonoya təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:

“Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.


Teqlər: Prezident  



Xəbər lenti