Budapeşt Trampın tələbini qəbul etmir

Budapeşt Trampın tələbini qəbul etmir
  23 Sentyabr 2025    Oxunub:1086
ABŞ-nin tələblərinə baxmayaraq, Macarıstan Rusiyanın enerji təchizatından imtina etmək niyyətində deyil.
AzVision.az xəbər verir ki, Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto BMT Baş Assambleyası çərçivəsində “Guardian” nəşrinə müsahibəsində belə deyib.

“Rusiyanın neft və ya qaz mənbələri olmadan ölkəmiz üçün təhlükəsiz tədarükü təmin edə bilmərik”, - Macarıstan XİN-in rəhbəri vurğulayıb.

Ukraynalı komandirin Macarıstana girişi qadağan olunub
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərindən Rusiya neftinin idxalını tamamilə dayandırmağı tələb edib.

Macarıstanın MOL neft-qaz şirkəti “Dostluq” boru kəməri ilə hər il təxminən 5 milyon ton neft idxal edir. Rusiya neftinin əsas alıcıları kimi qalan Macarıstan və Slovakiya Rusiyanın enerji təchizatından imtina etmək istəmirlər.

Xatırladaq ki, ötən ay Ukrayna bir neçə dəfə “Dostluq” neft kəmərinə zərbələr endirib. Budapeşt, öz növbəsində, son hücumu həyata keçirən Ukrayna hərbi birləşməsinin komandirinin Macarıstana girişinə qadağa qoyub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Macarıstan   ABŞ   imtina  



Xəbər lenti