Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  25 Sentyabr 2025    Oxunub:441
Dövlət Dəniz və liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

AzVision.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, xəbərdarlığa əsasən, sabah gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 27-si axşamadək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

"Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır",- əlavə edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti