Oğuzda meşəni qıran şəxsə cinayət işi açılıb

Oğuzda meşəni qıran şəxsə cinayət işi açılıb
  26 Sentyabr 2025    Oxunub:492
Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacları kəsən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti