Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər Parkında olublar | FOTO

   Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər Parkında olublar    | FOTO
  27 Sentyabr 2025    Oxunub:551
27 Sentyabr – Anım Günü ilə əlaqədarbu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkını ziyarət ediblər.
AzVision.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.


Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir.


Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

AzVision.az


Teqlər: AnımGünü   rəsmilər   ZəfərParkı  



Xəbər lenti