Ölkə ərazisində faktiki hava
Düşən yağıntının miqdarı Astarada 84, Lənkəranda 55, Lerikdə 13, Sarıbaşda (Qax) 9, Yardımlıda 8, Qubada 6, Qusarda 5, Xaltanda 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsən, Balakən, Oğuz, Qəbələ, Şəki (Kişçay), Zaqatala, Altıağac, Qrız, Xaçmaz, Şamaxı, Xınalıq və Şahdağda 1 millimetrədək qeydə alınır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Qusarda 21, Neftçalada 20, Goranboy və Culfada 19, Naftalanda 18, Sabirabadda 17, Şirvan və Biləsuvarda 16 metr/saniyəyədək güclənir.
Daşkəsən, Altıağac, Qusar, Xınalıq, Qrız, Şahdağ, Göygöl, Qax, Lerik, İmişli, Göyçay, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


