Türkiyə MN: Qarabağ torpaqlarını azad edən şəhidlərimizə rəhmət diləyirik

      Türkiyə MN:    Qarabağ torpaqlarını azad edən şəhidlərimizə rəhmət diləyirik
  27 Sentyabr 2025    Oxunub:943
Türkiyənin Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib.

AzVision.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında qeyd edilib.

“Qəhrəman Azərbaycan Ordusunun işğal altında olan Qarabağ torpaqlarını azad etmək və qələbəyə nail olmaq üçün başladığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlam və xoşbəxt ömür arzu edirik”, - deyə paylaşımda bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti