Əli Əsədov Minskə gedib

Əli Əsədov Minskə gedib
  29 Sentyabr 2025    Oxunub:985
Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

"Minsk" Milli Hava Limanında Əli Əsədovu Belarusun Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.


Teqlər:



Xəbər lenti