İrandan gətirilən iki ton sarıkök məhv edilib

İrandan gətirilən iki ton sarıkök məhv edilib
  03 Oktyabr 2025    Oxunub:1090
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Cümşüd Vəliyevin İrandan idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürüblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzVision.az -a verilən mlumata görə, müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti