Azərbaycanlı gənclər Beynəlxalq Astronavtika Konqresində ölkəmizi uğurla təmsil ediblər
Gənc tədqiqatçılar öz elmi araşdırmalarını təqdim etməklə yanaşı, beynəlxalq elmi ictimaiyyətlə fikir mübadiləsi aparıb, kosmosun gələcəyi ilə bağlı çağırış və imkanları müzakirə ediblər. Sidney Konqresinə Azərbaycandan ümumilikdə 632 elmi məqalə təqdim olunub ki, bu da ölkəmizin bu sahədə artan elmi potensialını nümayiş etdirir.
Milli Elmi Komandanın bu konqresdə iştirakı Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, SABAH qrupları, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Hava Yollarının dəstəyi ilə mümkün olub.
Azərbaycanlı gənclərin bu miqyaslı beynəlxalq tədbirdə iştirakı ölkəmizin kosmik sahədə yüksələn elmi potensialının, gənc nəslin bu sahəyə olan marağının və ölkəmizin beynəlxalq elmi arenada layiqincə təmsil olunduğunun göstəricisidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


