Latviyanın keçmiş baş naziri Krişyanis Karinş Merkelin açıqlamalarını təkzib edərək, Almaniya da daxil olmaqla, bir çox ölkələrin o zaman Rusiyanın yaratdığı təhlükəni lazımınca qiymətləndirmədiyini bildirib.
“Mən Merkelə davamlı olaraq deyirdim ki, sən Putinlə iş görə bilməzsən və onun yaxşı niyyətinə arxalana bilməzsən, lakin o, Baltikyanı ölkələrin səhv etdiyini düşünürdü. Ukraynada baş verən hər şeydən sonra belə onun bu mövqeyinə sadiq qalması məni heyrətə gətirir”, - siyasətçi deyib.
Estoniyanın Xarici İşlər naziri Marqus Tsahkna münaqişəyə görə yalnız Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb.
- Rusiyanın Ukraynaya qarşı müharibəsi yalnız onun Sovet İttifaqının dağılmasını qəbul etməməsi və imperialist ambisiyaları ilə bağlıdır. Bu təcavüzün günahı yalnız Rusiyanın üzərindədir”, - Estoniya XİN-in rəhbəri “X” sosila şəbəkəsində yazıb.
|
| Merkel Polşanı və Baltikyanı ölkələri günahlandırıb |
Avropa Parlamentinin PiS-dən olan üzvü Valdemar Buda da Almaniyanın sabiq kanslerinin bəyanatına biganə qalmayıb.
- Merkel Putinlə yenidən danışıqlar aparmaq istədiyini dedikdə, çox güman ki, bunun Ukraynanın parçalanmasına gətirib çıxaracaq. Çünki Putinlə danışıqlar faktiki olaraq müharibəni törədib”, - avroparlamentari vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın müxalifyönlü mediasına müsahibəsində Angela Merkel Şərqi Avropa ölkələrinin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ərəfəsində onun Vladimir Putin və Fransa lideri Emmanuel Makronla birbaşa danışıqlar təşkil etmək cəhdlərinə mane olduqlarını iddia edib.
Onun sözlərinə görə, məhz Polşa və Baltikyanı ölkələr bu təşəbbüsün əleyhinə çıxmaqla dolayısı ilə Rusiya-Ukrayna müharibəsinin başlamasına səbəb olublar.
Maraqlıdır ki, almaniyalı politoloq Aleksandr Rar bu iddianın Angela Merkelin Avropa Komissiyasının (AK) sədri olmaq niyyətindən xəbər verdiyini istisna etməyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


