Papa Türkiyəyə gedəcək

   Papa Türkiyəyə gedəcək
  07 Oktyabr 2025    Oxunub:1008
Roma Papası XIV Leonun ilk xarici səfəri çərçivəsində gələn ay Türkiyəyə, habelə Livana səfəri planlaşdırılır.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Papanın Türkiyəyə 27-30 noyabr tarixlərində, Livana isə 30 noyabr-2 dekabr aralığında gedəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, gözlənilən səfər həm xristianlar, həm də müsəlmanlar üçün mühüm jest mahiyyəti daşıyır.

XIV Leonun Türkiyəyə səfəri çərçivəsində Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə İznik şəhərinə ziyarəti də baş tutacaq.

Xatırladaq ki, Papanın Livana gedəcəyi xəbəri hələ avqustun 20-də yayılmışdı. Həmin vaxt Maruni Kilsəsinin kardinalı Bişarə Rai Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində diqqətə çatdırmışdı ki, XIV Leonun səfəri cari ilin dekabr ayınadək baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Vatikan   papa   Türkiyə   Livan   səfər  



Xəbər lenti