Paşinyan işə metroda gedib | VİDEO

Paşinyan işə metroda gedib    | VİDEO
  08 Oktyabr 2025    Oxunub:681
İşə getmək üçün metroya minən Ermənistanın baş naziri Nikol Paşinyan yolüstü kafedə qəhvə içib, yoldan keçənlərələ söhbət edib və şəkil çəkdirib.
AzVision.az xəbər verir ki, erməni telegram-kanalları Ermənistanın baş naziri Nikol Paşinyanın metro “səfəri” ilə bağlı görüntülər yayıb.

Xatırladaq ki, bu ilin fevralında Paşinyan evə avtobusla qayıdarkən çəkdiyi videonu yaymışdı. Həmin vaxt Ermənistanın baş naziri onlayn bilet ala bilmədiyindən şikayətlənmişdi.

“Bu gün evə getmək üçün avtobusa minib onlayn avtobus bileti almaq istədim, amma bacarmadım. Mən həqiqətən əsəbləşirəm. Niyə tez ala bilmirəm? Səbəb mənim kifayət qədər rəqəmsal bacarıqların olmamasıdır”, - Nikol Paşinyan demişdi.

Onun sözlərinə görə, hərçənd son 30 il ərzində, nadir istisnalarla, hər gün kompüter və internetlə məşğul olub. Amma görünür, bu, Paşinyanın kifayət qədər rəqəmsal bacarıqlara malik olduğu demək deyil.



Sahil İsgəndərov
AzVision.az



Teqlər: Paşinyan   metro  



Xəbər lenti