Çıxışlarda hər bir Azərbaycan sərhədçisinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni qürurla yerinə yetirdiyi, vətənin keşiyində əzmlə dayandığı xüsusi vurğulanıb.
Xidməti borclarını başa vuraraq Silahlı Qüvvələrin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilib.
Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunmuş, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkildikdən sonra əsgərlər təntənəli şəkildə yola salınıblar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


