NATO nüvə təlimlərinə başlayır

   NATO nüvə təlimlərinə başlayır
  10 Oktyabr 2025    Oxunub:1476
Oktyabrın 13-dən başlayaraq NATO alyansı səviyyəsində nüvə təhlükəsinə qarşı illik "Steadfast Noon" müdafiə təlimləri keçiriləcək.
Bu barədə alyansın Baş katibi Mark Rutte videomüraсiətdə məlumat verib. O diqqətə çatdırıb ki, Niderlandda 14 ölkədən 71 təyyarənin iştirakı ilə keçiriləcək təlimlər əsnasında faktiki nüvə silahından istifadə nəzərdə tutulmur.

Məlumat üçün bildirək ki, "Steadfast Noon" təlimləri hər il alyansın həm nüvə, həm də qeyri-nüvə üzvlərinin hərbi hava qüvvələrinin iştirakı ilə keçirilir. Təlim çərçivəsində Rusiyaya mümkün nüvə zərbələrinin endirilməsi məqsədilə lazımi alqoritm və manevrlərin işlənib hazırlanması üzrə məşqlər baş tutur.

Firudin Həmidli
AzVision.az


Teqlər: NATO   nüvə   təlim  



Xəbər lenti