Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb

   Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb
  11 Oktyabr 2025    Oxunub:1435
Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti