Moped sürənlərin nəzərinə

   Moped sürənlərin nəzərinə
  13 Oktyabr 2025    Oxunub:955
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Eyni zamanda, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Digər tərəfdən, motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

AzVision.az


Teqlər: MM   qərar   moped  



Xəbər lenti