İlin səkkiz ayında 2152 əkiz, 78 üçəm doğulub

   İlin səkkiz ayında 2152 əkiz, 78 üçəm doğulub
  14 Oktyabr 2025    Oxunub:578
Cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 min 698 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.

AzVision.az


Teqlər:



Xəbər lenti