"Bu yaxınlarda xəstəxanalarımızın birində, 3600 m² ərazidə böyük bir reabilitasiya mərkəzinin açılması planlaşdırılır. Eyni zamanda, ötən günlərdə Şuşada müalicə-sağlamlıq mərkəzinin açılışı baş tutub. Həmin mərkəzdə sağlamlıq turizminin inkişafı ilə əlaqədar mühüm planlarımız, layihələrimiz var", – Araz Nəsirov bildirib.
Onun sözlərinə görə, ölkədə səhiyyə sektorunun uğurlarında Azərbaycanın xarici ölkələrdə təhsil almış mütəxəssislərinin rolu böyükdür.
"Bu təcrübəni biz də, öz növbəmizdə, başqa ölkələrə, məsələn, Mərkəzi Asiyaya ötürmək niyyətindəyik. Bu, ilk növbədə, səhiyyə sahəsində biliklərin paylaşılmasına imkan yaradacaq. Belə bir proses, əlbəttə, vahid bir çərçivədə aparılmalıdır", – direktor müavini söyləyib.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


