Ərazilərə ad veriləndə dilin normaları qorunacaq

   Ərazilərə ad veriləndə dilin normaları qorunacaq
  15 Oktyabr 2025    Oxunub:837
Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna edilən dəyişikliyi təsdiqləyib.

Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, qanunun təsdiqlənməsinə qədər prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi.


AzVision.az


Teqlər:



Xəbər lenti