Tramp: “Hamı BRİKS-dən çıxır”

      Tramp:    “Hamı BRİKS-dən çıxır”
  15 Oktyabr 2025    Oxunub:1020
Vaşinqtonun bu dövlətlərdən tədarük edilən bütün məhsullara rüsum tətbiqi ilə bağlı hədələrindən sonra ölkələr BRİKS-dən çıxmağa başlayıb.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Havyer Milleylə görüşü zamanı jurnalistlərə belə deyib.

Amerika liderinin sözlərinə görə, BRİKS-ə qoşulmaq istəyən bütün ölkələrə ABŞ-nin onlara qarşı tariflər tətbiq edəcəyini bildirib.

“Hamı BRİKS-i tərk etdi. Onların hamısı BRİKS-i tərk edir. BRİKS dollara hücum idi. Mən dedim: “Əgər bu oyunu oynamaq istəyirsinizsə, ABŞ-yə göndərilən bütün məhsullarınıza tariflər tətbiq edəcəyəm”. Onlar isə BRİKS-dən ayrıldıqlarını bildirdilər. BRİKS haqqında daha danışılmır”, - Donald Tramp iddia edib.

Tramp: “Çinlə ehtiyatlı davranmaq lazımdır”
Xatırladaq ki, iyulun əvvəlində Tramp BRİKS siyasətini dəstəkləyən ölkələri əlavə 10 faiz tariflə hədələmişdi.

- BRİKS adlı kiçik bir qrup var. O, sürətlə aktuallığını itirir. Bu qrupun üzvləri dollara meydan oxumağa çalışır. BRİKS dolları, dolların hökmranlığını və dollar standartını ələ keçirməyə çalışmaq istəyir”, - Amerika lideri vurğulamışdı.

Bundan əlavə, Donald Tramp onda ABŞ-nin “düşmən ölkələrdən” yeni BRİKS valyutası yaratmamaq və ya “qüdrətli dollar”a alternativ hər hansı digər valyutanı dəstəkləməmək öhdəliyi tələb etmək planlarını diqqətə çatdırmışdı.

Maraqlıdır ki, Argentina prezidenti Havyer Milleylə görüşündə Donald Tramp, həmçinin BRİKS-də əsas aktorlardan biri rolunda çıxış edən Çinlə münasibətlərdə Vaşinqtonun ehtiyatlı davranmalı olduğunu söyləyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   BRİKS  



Xəbər lenti